"Mən də ölmək istəyirəm" - Video

"Mən də ölmək istəyirəm" - Video
6616 dəfə oxunub
  • A-
  • A
  • A+

"Evdəkilər Balaşın məzarının üstünə getməyə qoymurlar. Həmişə yanımda kimsə olur. Deyirəm, qoyun tək qalım. Hər zaman kimsə yanımda olur".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "O üz" proqramında deyib. Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşdan danışıb:

"Bir dəfə sürücümlə getdim, dedim, məni tək qoy. Elə bil hər yerdən mənə baxırdı. Dualar oxudum. Hiss etdim onu, orada idi. Bəlkə, o dünya bu dünyadan da gözəldir. Allah aparıb onu öz yanına. Hərdən deyirlər, filankəs xəstələnib. Allah ən xeyirli ölüm nəsib etsin. İnsan bir-birinə dua edəndə ona ən xeyirli ölüm arzu etməlidir. Mən də ölmək istəyirəm, amma onu ancaq Allah bilir. Atam-anam deyirdi, ilinə qədər ölmək istəyirik. Deyirəm, kimsə bunu istəyir, amma ölürük ki, yox".