Vaxtanq Kikabidzedən Ukraynaya dəstək

Vaxtanq Kikabidzedən Ukraynaya dəstək
1700 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcü müğənnisi Vaxtanq Kikabidze Rusiyanın 2022-ci il fevralın 24-də başlatdığı müharibəni sərt şəkildə pisləyib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Freedom" kanalında qonaq olarkən deyib.

"Bu alçaq müharibə xəstə başdan gəlir. Soyqırımı dəhşətli bir şeydir, bu, çox ciddi cəzalandırılmalı cinayətdir. Putin Stalinin çox böyük pərəstişkarıdır" deyə, Vaxtanq açıqlamasında söyləyib.

Qeyd edək ki, Kikabidze 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hücumundan sonra Rusiyadakı bütün konsertlərini ləğv edib və o vaxtdan bəri həmin ölkəyə getməyib.