Mehriban Xanlarova şəhid Samir Xudiyevin məzarı başında - Video

Mehriban Xanlarova şəhid Samir Xudiyevin məzarı başında - Video
2686 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mehriban Xanlarova Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlunun məzarını ziyarət edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında yazıb.

"Bioloji övlad sahibi ola bilməsəm də, hər zaman vətənimin bütün gənclərini özümə oğul və qız bilmişəm. Hər dəfə şəhid xəbəri gələndə ürəyim parçalanır. Günlərdir şəhid Samir Xudiyevin şəklini sosial şəbəkələrdə görürdüm və onun üzündə olan uşaq məsumluğu mənə çox pis təsir edirdi. Bu səbəbdən hüzr mərasimində iştirak etməyi, məzarını ziyarət etməyi özümə borcu bildim. Ən əsası isə sənətkar əl çatmaz zirvədə dayanmaq əvəzinə, xalqının yanında olmalıdır! Məzarını ziyarət edərkən ürəyimdə dedim ki, kaş belə tanış olmaq yerinə, toyuna gələrdim... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!" deyə, M.Xanlarova bildirib.

Qeyd edək ki, şəhid Samir Xudiyev Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.