"Səsim batandan sonra dedim, yaxşı ki, belə oldu"

"Səsim batandan sonra dedim, yaxşı ki, belə oldu"
2167 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sadə bir axşam yeməyi. Amma bir axşama, bir gecəyə sığmayan düşüncələr, fikirlər, hörmət, sevgi, müdüriklik, alicənablıq, böyüklük, zövq və sairə. Adi bir axşam yeməyi belə olsa, insan müdrik, zəkalı insanlarla zaman keçirəndə anlayırsan ki, zaman, vaxt, hər an önəmlidir. Baxır kimlə zaman keçirirsən! Bəzən oturduğun süfrədə barmaq qoymağa yer olmur, bir-birlərinə təriflər, təkəbbürlü insanlar… Amma evə gələndə fikirləşirsən ki, mən necə də mənasız bir zaman keçirdim! Odur ki, oturduğun yer, məkan, bəzən yediyin yeməklər belə manasız olur, mənasız insanlarla".

Axşam.az xəbər verir ki, bu sözləri Zamiq sosial media hesabında yazıb. O, müğənni Akif İslamzadə ilə olan fotolarını paylaşaraq sənətçinin doğum gününü təbrik edib. O, A.İslamzadənin səsinin batması ilə bağlı fikirlərini də izləyicilərlə bölüşüb:

"Sənətkar, doğum gününüz mübarək, yaxşı ki, varsınız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim… Amma zaman keçdi dedim ki, yaxşı ki, belə oldu! Mən anladım və gülümsədim. O, demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!"