"Belə insanları hansı fabrik istehsal edir?"

"Belə insanları hansı fabrik istehsal edir?"
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atalar deyib, itə də hörmət elə, yiyəsinə də. Bu isə çaqqal imiş, tez dəyişdi, göz görə-görə".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb. Sənətçi növbəti dəfə şeir formasında yazdığı cümlələrlə diqqət çəkib.

"Mənim kimi Amerika, Hindistan, Afrika, Macarıstan, Avstriya, Norveç, İsveç, Əlcəzair və sair ölkələrdə konsertlər versəydi, camaata salam verməzdi, Allah bilir. Belə insanlar haradan çıxır, haraya girir? Onları hansı fabrik istehsal edir? Dünya belələrini sonda nə edir? Belə tiplər görən haradan gəlirlər? Bəlkə min sifət olmağı elə ana bətnində öyrənirlər? Vaxtı ilə yanımda dayanmaq üçün mahnılarımı oxuyub, sizə yaranmaq üçün yalvaran biri bu gün məni dəhşət heyrətə saldı. Əqlimi müxtəlif fikirlər aldı, gözələrim yol çəkib keçmişə daldı. Ona dəstəyimi rica edənlər əsl kişi xislətli, mərd yoldaşlardır, sayıb-seçdiyim əziz qardaşlardır" deyə, B.Dadaşova sözlərinə əlavə edib.