“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar söküldü - Fotolar

“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar söküldü - Fotolar
1285 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən sökülüb.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, "Tazəbəy hamamı"nın fasadına bərkidilən fiqurlarla bağlı qurumumuzun müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən nümayiş edilən anlayışa və həmrəylik nümayişinə görə təşəkkür edirik:

“Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Təbii ki, qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı İlkin Həsəni XIX əsrə aid hamamın fasadında edilən dəyişiklik, divarlara və ətrafına müxtəlif heykəllərin yerləşdirilməsi ilə bağlı paylaşım etmişdi.