Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Kinorejissorlar Gildiyası məlumat yayıb.
Qeyd edək ki, avqustun 3-də insult keçirən Arif Məhərrəmov xəstəxanaya yerləşdirilmişdi.
Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub.1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.
Allah rəhmət eləsin!