Mətanət Xəzər Tv-dən getdi

Mətanət Xəzər Tv-dən getdi
7457 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Mətanət Əliverdiyeva Xəzər Tv-də yayımlanan "Gəzək, bişirək" verilişindən ayrılıb.

Axşam.az xəbər verir ki, onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.

Bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:

"Bu, prodakşın verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram".

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra "Space"də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı MTV-də fəaliyyətini davam etdirirdi. O, "6/8 axşam şousu" adlı verilişə aparıcılıq edirdi.