Xəbər verdiyimiz kimi, müğənni-aktrisa Firəngiz Rəhimbəyova vəfat edib.
Axşam.az xəbər verir ki, "Bəxt üzüyü"nün Sevdası kimi tanınan sənətçi sosial şəbəkədə aktiv istifadəçilərdən olub. O, tez-tez feysbuk hesabında ailəsi ilə şəkillərini yayımlayıb.
Los-Ancelesdə yaşayan F.Rəhimbəyova qızı Raisa ilə də görüntülərini paylaşıb. O, mayda Analar gününü birlikdə qeyd etdiklərini vurğulayaraq, şəkillər yayımlayıb.
O, paylaşımına "İki ana... Analar günü, möhtəşəm gün" sözlərini yazıb.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova ürəktutmasından dünyasını dəyişib.