Məşhur italyan opera və estrada müğənnisi Alessandro Safina Bakıya gəlib.
axşam.az xəbər verir ki, onun səfərinin məqsədi konsert proqramında iştirak etməkdir. Belə ki, Safina bu gün Yaşıl Teatrda əfsanəvi sənətkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə yer alacaq.
A.Safina baş tutacaq konsertin məşqindən instaqram səhifəsində kadrlar paylaşıb. O, həmçinin Xalq artisti Emin Ağalarovla görüşüb.
Xatırladaq ki, “Jara-2019” festivalı çərçivəsində A.Safina və Emin Müslüm Maqomayevin repertuarındakı ən məşhur mahnılardan biri “Sinyaya veçnost”i duet ifa etmişdilər.