"Yaxamdan əl çəkin, icazə verin yaşayım"

"Yaxamdan əl çəkin, icazə verin yaşayım"
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

"İnsanlara qarışmağım, cəmiyyət içinə çıxmağım normal insanlardan fərqli olaraq çox gec olub. Cəmiyyət içinə çıxdım, amma sıradan bir insan kimi yox, daha çətin məsuliyyət daşıyaraq aktyor kimi. Çox kiçik və çox böyük səhvlərim ola bilər. Olub! Amma bu o demək deyil ki, mən bu səhvlərdən nəticə çıxartmıram. Sadəcə mənim formalaşmağımda cəmiyyətin payı az olmayıb".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Corc Qafarov sosial şəbəkə hesabında yazıb. O, ünvanına yazılan tənqidlərə reaksiya verib:

"Bir insan kimi ətraf mənə çox güclü təsir və idarə edə bilir. Amma aktyor kimi mənə təsir etmək mümkünsüzdür. Yəni mən Corc olaraq qalmaq istəyirəm səhvlərimlə, düzlərimlə. Çox xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, mənə təsir etməyin. Sadəcə mənim yaxamdan əl çəkin! İcazə verin, nəfəs alım, yaşayım".

Qeyd edək ki, Corc qardaşı Jerarla birlikdə kimsəsiz uşaq evində böyüyüb. Onu və qardaşını müğənni Roza Zərgərli himayəsinə götürüb.