"O qədər ətrafındakılara zərər verdin ki..." - İlhamə Quliyevadan yazdılar

"O qədər ətrafındakılara zərər verdin ki..." - İlhamə Quliyevadan yazdılar
5184 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün mərhum Xalq artisti İlhamə Quliyevanın ad günü idi.

Axşam.az xəbər verir ki, bir çox tanınmış sima sosial şəbəkədə onla bağlı paylaşım edib. Aparıcı-aktyor Sərxan Kərəmoğlu Quliyeva ilə olan fotosunu yayımlayaraq xatirələrini bölüşüb:

"Tam günün sonuna qədər gözlədim. Ancaq kimsə səni yad etmədi Elya. Həyatda axı sən yaxşılıq etdiyin insanlar da olub. Sən o qədər çevrəndəki insanlara zərər verdin ki, onlara baxıb heç səni yad etmədi. 17 avqust sənin sevdiyin tarix idi. Biz bu tarixi çox təntənəli keçirdirdik. Allah sənə rəhmət eləsin, İlhamə xanım. O qədər gözəl günlər yaşadıq ki, birlikdə, bax, həmin o günlərin xatirəsi silinməyəcək. Kaş ki, kaş... Dostlar, həyatda elə yaşayın ki, sonradan "Kaş ki" kəliməsini sizin ruhunuz və əzizləriniz duymasın. Hanı o insanlar, Elya ? Hanı o hədiyyələr? Hanı o çiçəklər? Düzünü deyim ki, hərdən o qədər yerin görünür... İstəyirəm sağ olasan və o pislikləri mənə edəsən, mən razıyam. Məkanın cənnət olsun, sənətkar".

Prodüser-aparıcı Tarix Əliyev də İlhamə Quliyeva ilə bağlı paylaşım edib. "Mahnıları dillər əzbəri olan, sözü-söhbəti gündəmdən düşməyən, hər sözü bir bomba kimi partlayan sənətkar - İlhamə Quliyeva... Sevənləri də çox idi, düşmənləri də... İlhamə xanım gözəl səsə malik və olduqca zabitəli, hökmlü bir qadın idi... Təəccüblü deyil ki, ölümündən sonra onun sənətdəki yerini, necə deyərlər taxt-tacını çox sənətçi tutmaq istədi, amma alınmadı. Bu gün İlhamə xanımın ad günüdür... Onsuz və xatirələrlə qeyd etdiyimiz növbəti doğum günü. Məncə sənətkarın nə bu dünyası, nə də axirəti olur, onun əbədi yaşayacağı bir yer var - sənəti. Mahnılarınızı yenə sevə-sevə dinləyirik, sizdən danışırıq, xatirələrimizi bölüşürük, rəhmət diləyirik" deyə, Tolik yazıb. 

Qeyd edək ki, İlhamə Quliyeva 1943-cü ildə anadan olub. 2016-cı il fevralın 25-də dünyasını dəyişib.