"Tiflisdən getməli olsam, Bakıda yaşayacağam"

"Tiflisdən getməli olsam, Bakıda yaşayacağam"
1413 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaşıl Teatrda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə əfsanəvi Azərbaycan ifaçısı, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirə gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, gecədə səhnəyə çıxanlar arasında Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze olub. Tamaşaçıları Azərbaycan dilində "Mən sizi sevirəm" sözləri ilə salamlayan müğənni sözlərinə belə davam edib:

"Azərbaycanı çox sevirəm, Müslüm Maqomayevi çox sevirəm. Həmişə deyirdim ki, Tiflisdən getməli olsam, Bakıda yaşayacağam".

O, səhnədə "Ay bəri bax" mahnısını gürcü dilində səsləndirib.