"Az ömründə iz qoyan sərhədçim, bayramın mübarək" - Foto

"Az ömründə iz qoyan sərhədçim, bayramın mübarək" - Foto
2483 dəfə oxunub
  • A-
  • A
  • A+

"Vətən sərhədində can qoyan, canımdan can qoparan, torpaqda qocalanım… Hər peşə bayramında “Qaqaşın medalı gəldi” yazırdın… Bir-birimizə qarışırdıq. Votsap qrupumuz da sən gedəndən bağlı qalıb, heç birimiz ürək edib nəsə yazmırıq, danışmırıq, dadı-duzu sənlə getdi".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə avtomobil qəzasında vəfat edən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşımında yazıb. Qardaşının məzarından görüntülər yayımlayan Vüsalə onu sərhədçilərin peşə bayramı münasibətilə təbrik edib:

"O qədər xoşbəxt olurdun ki, bu təqdimatdan, uğuruna səndən çox qürurlanırdım, sevinirdim, fəxr edirdim. Günlərlə səndən xəbər gözləyə-gözləyə gecələri sabah edirdik anamla. Bir zəngin, kəlmə “Gəldim, narahat olmayın” sözün dualarımızı Allahın eşitdiyi, bizə rəhm etdiyi sevincini verirdi… İlk dəfə eşitmədi Allahım dualarımızı qəbul etmədi, çünki olan olmuşdu. Sən bu haqq-ədalət olmayan, çirkab dünyada verilmiş qısa ömründə vəzifəni çox gözəl yerinə yetirmişdin, ora burdan çox lazım olmusan demək ki… Nəinki ölkənin 4 bir sərhədi hətta çox uzaqlarda belə səndən, sənin gücündən, sənin cəsurluğundan danışılır. Mən necə fəxr etməyim ki, sənin bacınam, göz dağım. Az ömründə iz qoyan sərhədçim, bayramın mübarək".

Qeyd edək ki, V.Əlizadə qardaşı Əlihüseyn Əlizadə avtomobil qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.