"Allah başına gətirsin" - Elgiz qarğış etdi

"Allah başına gətirsin" - Elgiz qarğış etdi
2331 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Elgiz Əkbər xəstə uşaqlardan biri üçün keçirdikləri aksiyada çətin vəziyyətlə üzləşib.

Axşam.az xəbər verir ki, bu barədə o, aparıcılığını etdiyi "Elgizlə İzlə" proqramında danışıb. O xəstə uşağın müalicəsini üzərinə götürən şəxsin sonradan dələduz olduğunu öyrəndiyini bildirib:

"Şəkidən zəng etdilər və aksiyanı saxlayın dedilər. Xəstə uşaq da ağır vəziyyətdə idi. Onun müalicəsini üzərinə götürən şəxs dələduz çıxdı, dediyi sözün üstündə durmadı. Nə qədər stress yaşadıq. Efirdən kiməsə pislik arzulamaq yaxşı hal deyil. Amma sən bir xəstə uşağın hissi ilə oynadın, zəng edib yalandan "pulunu ödəyəcəm" dedin. Heç vaxt yadımdan çıxmaz.  Allah başına gətirsin, yaşayasan və görəsən ki, necə bir hissdir".