"Avtostop" verilişinin aparıcısı DJ Turalın (Tural Yusifovun) hava limanında avtomobilini park edərkən qayda pozduğu iddia olunub.
Axşam.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. Sosial media izləyiciləri aparıcını qaydaları kobud şəkildə pozmaqda ittiham ediblər. Bildirilib ki, o, verilişdə sürücüləri qayda pozduqlarına görə tənqid etsə də, özü də buna əməl etmir.
Aparıcı ona ünvanlanan bəzi iradları səhifəsində, şərh bölməsində belə cavablayıb:
"Burada qanun pozulub ki? Hansı maddə, bənd ilə? Belə nişanlanma qanunda varmı? Ağzı olan danışır. Ona fikir versəydim həyatım olmazdı".
