Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Van Damm Bakıya gəlib.
Axşam.az xəbər verir ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə quran aktyor şəhər gəzintisinə çıxıb. Onun görüntülərini xanımı instaqram hesabında yayımlayıb.
Kristofer İçərişəhər gəzintisindən paylaşdığı fotoya "Bakı gözəldir" şərhini yazıb. O, daha sonra pomidor-yumurta yeyərək, "Onu sevdim" sözlərini söyləyib.