"Səfir bunu mənə həvalə etdi" - Fotolar

"Səfir bunu mənə həvalə etdi" - Fotolar
662 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan 31 Avqust Qırgızıstanın Müstəqillik Günü Münasibəti ilə Azərbaycan və Qırğızıstan Respublikasının himnini və xalq mahnılarını akipello formasında səsləndirib.

Bu haqda Axşam.az-a açıqlamasında müğənni özü deyib. O bildirib ki, bunu səsləndirmək səfir Kayrat Osmanaliyev tərəfindən həvalə olunub:

"Əlbəttə, böyük sevinc hissi ilə bu misiyanı üzərimə götürdüm. Tədbirdə Azərbaycandaki müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, hörmətli millət vəkilləri, Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Hər zaman oldugu kimi bu tədbirdə də həm geyimim, həm ifamla diqqət çəkdim. Tədbirdə geyimimdə əl işi olan türk rəmzi daşıyan papaq, Azərbaycan və Qırğızıstan bayrağının əl tikməsi əks olunub. Azərbaycanın qədim, rəmzi abidələrinin Qız qalası və Alov qulləsinin taxta üzərində oyma şəkilində rəsmi olan tablosunu Bəstəkarlar İttifaqının adından Qıgızıstanın ölkəmizdəki səfiri Kayrat Osmanəliyevə təqdim etdim. Səfir isə özlərinin milli rəmzi ənənələrinin rəsmi olan qızılı qabı mənə hədiyyə bağışladı".