TƏBİB-in tabeliyində olan Respublika Perinatal Mərkəzində ailənin tək övladı, 44 günlük Vətən müharibəsində şəhid olan Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib.
Axşam.az xəbər verir ki, avqustun 26-da doğulan əkizlərdən birinin (oğlan) çəkisi 2 800 qram, digərinin (qız) çəkisi isə 2 100 qram olub. Ana və körpələri bu gün evə buraxılıb.
Qeyd edək ki, doğulan körpəyə qardaşının adı verilib.