Xalq artisti Emin Ağalarov İsrailə yollanıb.
Axşam.az xəbər verir ki, müğənninin səfərinin məqsədi konsert vermək olub. Emin tədbirdən sonra Qüdsə gəzintiyə yollanıb.
O, fotolarını instaqramda yayımlayıb. Ağalarov paylaşımına "Qoy, bütün arzularımız gerçəkləşsin. Dünyanın ən gözəl qədim şəhərlərindən olan Qüdsə baş çəkmək şansı əldə etdim. Tamamilə möhtəşəm təcrübə idi" deyə, yazıb.