Bakıdakı tarixi binadan reklam lövhələri söküldü - Fotolar

Bakıdakı tarixi binadan reklam lövhələri söküldü - Fotolar
774 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən tarixi binanın fasandındakı reklam lövhələri sökülüb.

Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbuk hesabında yazıb:

“Həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib”.