Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı 50 hərbi qulluqçumuz şəhid olub.
Axşam.az xəbər verir ki, şəhidlərlə bağlı ölkəmizə başsağlığı verənlər arasında türkiyəli məşhurlar da yer alıb.
Müğənni Gülben Ergen "Başın sağ olsun, qardaş ölkəm" deyə, paylaşımında yazıb.

Müğənni-aktyor Özcan Deniz də paylaşım edənlər arasında yer alıb. O, "Can Azərbaycan, başın sağ olsun. Kədərini bölüşürük və şəhidlərimizə rəhmət, bütün Azərbaycan xalqına səbr diləyirik" deyə, paylaşımında bildirib.

"Azərbaycan... 50 şəhid.. Başınız sağolsun" deyə, müğənni Demet Akalın paylaşım edib.

Paylaşım edən türkiyəli məşhurlar arasında müğənni Oğuzhan Uğur, aktyor Mert Öcal, aparıcı Bircan Bali və Vətən Müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan aparıcı-jurnalist Fulya Öztürk də yer alıb.