19 yaşlı şəhidimiz dəfn olundu - Fotolar

19 yaşlı şəhidimiz dəfn olundu - Fotolar
805 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanın Azərbaycanla sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.

Axşam.az xəbər verir ki, Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq mühafizə orqanlarının rəisləri və minlərlə şəhər ictimaiyyəti iştirak edib.

Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.