Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlu dəfn edilib.
Axşam.az xəbər verir ki, 19 yaşlı şəhidimizin nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə B.Muradovun yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak ediblər.