Şəhid baş leytenant dəfn olundu - Fotolar

Şəhid baş leytenant dəfn olundu - Fotolar
545 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant, 1996-cı il təvəllüdlü Bədəlov Cavidan Zaur oğlunun cənazəsi bu gün doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib.

Axşam.az xəbər verir ki, şəhid Cavidan Bədəlovun yaşadığı evdə təşkil olunan vida mərasimindən sonra cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Şəhid Cavidan Bədəlov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Zaur Bədəlova təqdim olunub, havaya yaylım atəşi açılıb.