Qazaxda 3 şəhidimiz dəfn olundu - Fotolar

Qazaxda 3 şəhidimiz dəfn olundu - Fotolar
866 dəfə oxunub
  • A-
  • A
  • A+

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan daha üç hərbçimiz dəfn olunub.

Axşam.az xəbər verir ki, Yunis Kazımov, Azad Zakir oğlu Kərimov və  Azər Məmmədov doğulduğu Qazax rayonunda torpağa tapşırılıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, Yunis Kazımov nəşini yaşadığı evə aparılıb.  Şəhidlə yaşadı evdə vida mərasimi keçirilib. Daha sonra o, Kəmərli kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Yunis Kazımov Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhid baş leytenant Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, "Azərbaycan Bayrağı" Ordeni ilə təltif olunub. Yunis Kazımov ailəli idi.

Şəhid Azər Məmmədovla vida mərasimi Qazax rayonunun Kəmərli kəndində doğulub boya başa çatdığı kənddə, bir ay öncə toyunun olduğu evdə keçirilib.

Qazaxın Daş Salahlı kəndində isə şəhid, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, gizir Azər Kərimov ailəli olub, onun 1 və 3 yaşlarında iki oğlu var.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə 50 hərbçimiz şəhid olub.