Azərbaycan Ordusunun şəhid zabiti - leytenanat Ravil Mübariz oğlu Hümbətovun nəşi ailəsinə təhvil verilib.
Axşam.az APA-ya istinadən xəbər verir ki, şəhidi qarşılamaq üçün minlərlə insan toplaşıb.
Şəhid zabitin yaşadığı ünvanda - Bakının Yasamal rayonunda onunla vida mərasiminə yaxınları,qohumları və dostları yığışıb.
***
Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan leytenant Ravil Hümbətov dəfn olunub.
Şəhidin nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, 35 yaşlı şəhidimiz Ravil Hümbətov əslən Cəbrayıl rayonundandır. O ailəli olub, iki azyaşlı övladı var.