"Başın sağ olsun, Vətən" - Paylaşım edən və etməyən məşhurlarımız

"Başın sağ olsun, Vətən" - Paylaşım edən və etməyən məşhurlarımız
2973 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə 50 hərbçimiz şəhid olub. Bunla bağlı bir çox yerli məşhurlarla yanaşı, türkiyəli ifaçılar da Azərbaycanla bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, hər zamankı kimi yenə xaricdə məşhurlaşan azərbaycanlılar diqqət mərkəzində olub. Hər kəs onların şəhidlərimizlə bağlı paylaşım edib-etməyəcəyini izləyib. Hətta bir çox sosial şəbəkədə şərh yerlərində onlarla bağlı tənqidi fikirlər də yazılıb. Onlar arasından bəziləri ötən gün paylaşım etsə də, bəziləri etməyib. 

Müğənni Coni (Cahid Hüseynli) instaqramda hekayə bölümündə "Allah şəhidlərimizə rəhmət eləsin. Başın sağ olsun, Vətən" sözlərini yazıb. 

Müğənni Bahh Tee də 50 şəhidimiz olduğunu yazaraq, başsağlığı verib. 

İfaçılar Rauf və Faiq də başsağlığı verərək "50 şəhid. Hörmətlə anırıq" sözlərini qeyd edib. 

Musiqiçi Elman Zeynalov isə əvvəlcə ünvanına yazılan tənqidlərə münasibət bildirib. O qeyd edib ki, instaqram səhifəsini başqa şəxslər işlədir və özü bir neçə saat sosial şəbəkədən uzaq qalıb. Buna görə də səhifəsində əyləncəli paylaşım edilib. Elman "Allah bütün şəhidlərə rəhmət eləsin. Başın sağ olsun, Vətən" sözlərini yazıb. 

Türkiyədə tanınan aktrisa Nəsrin Cavadzadə isə ötən gün Bakıda etdirdiyi fotosessiyanı yayımlayaraq "Qəlbim Azərbaycanla" sözlərini yazmaqla kifyaətlənib. 

Bloger Hüseyn Həsənov isə Azərbaycanla bağlı heç bir paylaşım etməyib. Eyni zamanda hekayə bölümündə öz əyləncəsini yayımlamağa davam edir. 

Xalq artisti Elçin Əzizov isə ötən gün oğluna ad günü keçirməsi ilə bağlı görüntülər yayımlayıb.

Paylaşım etmədiyi üçün sosial şəbəkədə tənqid olunanlar sırasında müğənni Jah Xalid də yer alıb. 

Rusiyada tanınan ifaçı Nəvai və Hamali də paylaşım etməyənlər sırasındadır.

Xalq artisti Yusif Eyvazov da instaqramında bunla bağlı paylaşım etməməsi ilə diqqət çəkib.