"Vaxt gələcək, Azərbaycan mənimlə fəxr edəcək" - Fotolar

"Vaxt gələcək, Azərbaycan mənimlə fəxr edəcək" - Fotolar
7364 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star Casting”in direktoru Xətai Mehbalıyev sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, bildirib ki, R.Hümbətovun bir ara aktyorluğa həvəsi olsa da bu fikrindən sonralar vaz keçib. O, şəhidin "vaxt gələcək bütün Azərbaycan mənimlə fəxr edəcək" sözlərini xatırlayaraq yazıb:

"Şəhid Ravil Hümbətov. Ravili on ildən çoxdur tanıyırdım. Bizdən biraz aşağıda məcburi köçkünlərin yerləşdirildiyi binada qalırdı. Bir neçə il demək olar hər gün bir yerdə olurduq. Çox təmiz, ürəyiaçıq, mərhəmətli ürəyə sahib insan idi. Bir ara aktyor olmaq həvəsinə düşdü. Dedim köməklik edərəm. Sonradan dedi, "əşi yox, mənlik deyil".

Bu fotoları səhv etmirəmsə, "Son addım" serialının kastingi zamanı çəkmişdik. Çox vaxt dediyi bir cümlə var idi "vaxt gələcək bütün Azərbaycan mənimlə fəxr edəcək". Biz isə gülüb keçərdik. Amma o dedi və etdi. Bütün Azərbaycan səninlə fəxr edir, Ravil. Ruhun şad olsun, əziz dost".