21 yaşlı şəhidimiz torpağa tapşırıldı - Fotolar

21 yaşlı şəhidimiz torpağa tapşırıldı - Fotolar
734 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Lətifov Fərid Qiyas oğlu Şəki şəhərində torpağa tapşırılıb.

Axşam.az xəbər verir ki, şəhər rəhbərliyinin, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, rayon sakinlərinin iştirak etdiyi dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb. Mərasimlərdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

21 yaşlı Fərid Lətifov Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu olub. O, “Şəhidlərin Xatirə Kompleksi”nin yerləşdiyi şəhər qəbiristanlığında dəfn olunub.