Daha bir şəhidimiz son mənzilə yola salındı - Fotolar

Daha bir şəhidimiz son mənzilə yola salındı - Fotolar
1880 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE), 2002-ci il təvəllüdlü Qurbanov Xəqan Daşqın oğlunun nəşi Ağdaş rayonuna gətirilib.

Axşam.az xəbər verir ki, şəhid Xəqan Qurbanovla vida mərasimi onun Abad kəndindəki evində keçirilib, cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Şəhidimiz Abad kənd qəbiristanlığında torpağa tapşırılıb, cənazənin üstündəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Daşqın Qurbanova təqdim olunub, havaya yaylım atəşi açılıb. 

Qeyd edək ki, şəhid Xəqan Qurbanov 3 ay öncə hərbi xidmətini başa vurmuşdu və könüllü orduda qalaraq Vətənə xidmətini MAXE kimi davam etdirirdi. O, nişanlı idi, ailə qurmağa hazırlaşırdı.