Şəhid Sadiq İsayev Salyanda torpağa tapşırıldı - Fotolar

Şəhid Sadiq İsayev Salyanda torpağa tapşırıldı - Fotolar
983 dəfə oxunub
  • A-
  • A
  • A+

Salyanda şəhid Sadiq İsayev torpağa tapşırılıb.

Axşam.az “Report”a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədində genişmiqyaslı təxribatın qarşısını alan zaman şəhid olan 19 yaşlı Sadiq Rəşad oğlu İsayevin nəşi doğulduğu Arbatan kəndinə gətirilib.

Mərasimdə şəhidin yaxınları, rayon İcra Hakimiyyəti rəsmiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Sonra şəhid Sadiq İsayev Salyan Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!