Şəhid Balaşzadə Röyal son mənzilə yola salındı - Fotolar

Şəhid Balaşzadə Röyal son mənzilə yola salındı - Fotolar
1309 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, şəhid Şəhidlər xiyabanında dövlət himninin sədaları altında dəfn olunub.

Dəfn olunduqdan sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşlarına təqdim olunub.