Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant 1997-ci təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadə Abşeronda dəfn edilib.
Axşam.az xəbər verir ki, 25 yaşlı şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. H.Nəcəfzadə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Onu da qeyd edək ki, şəhid baş leytenantın oktyabrın 11-də toyu olacaqdı.