Atası restoran danışıb qayıdanda şəhid olduğunu öyrəndi - Fotolar

Atası restoran danışıb qayıdanda şəhid olduğunu öyrəndi - Fotolar
2804 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur.

Axşam.az lent.az-a istinadən xəbər verir ki, həmin şəhid nişanlı olub.

Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı.

O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub.

Qeyd edək ki, şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.