Yasa getmək, yoxsa sosial şəbəkədə bəyəni toplamaq sevdası? - Video+Fotolar

Yasa getmək, yoxsa sosial şəbəkədə bəyəni toplamaq sevdası? - Video+Fotolar
5521 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Şəhidlərimizlə bağlı sosial şəbəkələrdə yüzlərlə paylaşımlar edilir. Onlar arasında tanınmış simalar da yer alıb. Amma bəziləri yasa gedib, orada az qala "fotosessiya" etdirirlər. 

Axşam.az xəbər verir ki, tənqidlərə tuş gələnlərdən biri Əməkdar artist Mehriban Xanlarova olub. Əvvəlcə şəhidlərə görə 40 gün heç bir televiziya proqramına qatılmayacağını deyən aktrisa sonradan instaqramında dayanmadan fotolar paylaşmağa başlayıb. Xanlarova şəhidlərin yas mərasiminə gedib, şəhid anaları ilə şəkillər çəkdirib. Hətta şəhidin fotosunu da ananın qucağına qoyaraq, kameraya baxmasını istəyib. Bir fotonu isə Xanlarova övladının məzarı üstündə ağlayan ana ilə çəkdirib. Aktrisa yazılan tənqidi şərhlərin qarşısını almaq üçün isə şərh bölümünü bağlayıb. 

Müğənni Zenfira İbrahimova isə SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun yas mərasiminə yollanıb. Müğənni buradan video çəkib yaymağı da unutmayıb. O, yasın ortasında əlinə telefonu alaraq üç mərasimini lentə alıb. Zenfira Səbuhinin dəfn mərasiminə gedib, dini şüar səsləndirənlərlə sinə döyərək video çəkib. 

Şəhidimiz Səbuhinin yas mərasiminə yollananlar arasında müğənni Bahar Lətifqızı da yer alıb. Bahar isə masanın başında oturub, telefonunu da başqasına verərək onu çəkmələrini istəyib. Həmin görüntüləri də instaqram səhifəsində paylaşıb. 

Keçək TikTok-a. Hazırda ölkə ərazisində yayımı müvəqqəti dayandırılan sosial şəbəkəyə bəzi proqramla bir çoxları rahatlıqla girirlər. TikTok "ulduzları"mız da şəhidlərin dəfn və yas mərasiminə gedərək video çəkmək bir yana, canlı yayıma girirlər. Yası canlı yayımda nümayiş etdirir, yarış da keçirirlər.