Məşhur türk serialındakı Naxçıvanla bağlı məqam müzakirə olundu

Məşhur türk serialındakı Naxçıvanla bağlı məqam müzakirə olundu
8791 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin ATV kanalında "Ben bu cihana sığmazam" adlı serial yayıma başlayıb. Ekran işinin ilk dəqiqələrində Azərbaycanla bağlı məqam diqqət çəkib. 

Axşam.az xəbər verir ki, serialdakı sözügedən səhnədə masanın üstündə Azərbaycan bayrağı yer alıb. Eyni zamanda masanın üstündə 1991-1993-cü illərdə bəzi mənbələrdə qeyri-rəsmi Naxçıvan Muxtar Respublikasının bayrağı kimi göstərilən bayraq olub.  

Bunla bağlı sosial şəbəkədə Fərid Əsədzadə adlı istifadəçi paylaşım edib.

“Yəqin ki, izləyənlər bölümün ilk dəqiqələrində “bəylər məclisi”ndə Azərbaycan bayrağının yanında bizim bayrağa bənzər, amma fərqli rənglərdə olan bayrağı gördü. Sözügedən bayraq 1991-1993-cü illərdə bəzi mənbələrdə qeyri-rəsmi Naxçıvan bayrağı kimi göstərilib. 1990-cı ildə Heydər Əliyev ilk dəfə Naxçıvan Ali Sovetində də hazırkı dövlət bayrağımızı dalğalandırıb. İşin qəribə tərəfi də budur ki, bu bayrağı o vaxt kim “ixtira” edib, indi serialda bunu nümayiş etdirməkdə məqsəd nədir" deyə, o, paylaşımında yazıb.

Həmin paylaşımdan sonra sosial şəbəkədə bununla bağlı müzakirə yaranıb. Hər kəs ekran işində nümayiş olunan həmin bayraqla olan səhnəni paylaşaraq, bunun hansı məqsədlə göstərildiyini sual edib.