Elnarə həyat yoldaşından ayrı qalmasından yazdı - Video

Elnarə həyat yoldaşından ayrı qalmasından yazdı - Video
5231 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova həyat yoldaşı, Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovla bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi övladlarının hazırda cəbhədə olan atalarının yolunu səbirsizliklə gözlədiyini vurğulayıb:

"Allah bütün evləri atalı, analı eləsin, inşallah. Atanın yolunu səbirsizliklə gözləyənlərin hamısını Allah arzularına çatdırsın. Bütün atalar evlərinə sağ-salamat qayıtsınlar. Bizimki də onun içində. Amin".

Xəlilovanın yayımladığı videoda oğlu yer alıb. 

Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün 4 övladı var.