Kranın aşması nəticəsində ölən və yaralanan şəxsin kimliyi bilindi - Yenilənib

Kranın aşması nəticəsində ölən və yaralanan şəxsin kimliyi bilindi - Yenilənib
3965 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Axşam.az xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib:

"Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb".

***

Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluq Mətbuat Xidməti məlumat yayıb.

***

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxs paytaxt sakini Prokofyev İqor Vladimiroviç, xəsarət alan şəxs isə Nuriyev Zaur Tofiq oğludur.