Şabranda mikroavtobus aşdı - 1 ölü, 16 yaralı+Yenilənib

Şabranda mikroavtobus aşdı - 1 ölü, 16 yaralı+Yenilənib
1220 dəfə oxunub
  • A-
  • A
  • A+

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu dünyasını dəyişib, 16 nəfər xəsarət alıb.

Yaralanan şəxslərin adı aşağıdakı kimidir:

Dostuyeva Zöhrə Hüseynağa qızı (1958);

Əliyeva Xuraman Paşa qızı (1974);

Cəfərova Zülfiyyə Kərim qızı (1965);

Əliyev Sərxan Əmiraslan oğlu (1967);

Qasımova Şəfəq Kazım qızı (1976);

Məmmədova Validə Rzaqulu qızı (1974);

Məmmədov Fərid Mehman oğlu (1989);

Əsgərov Ramiz Əjdər oğlu (1956);

Seyidov Qasım İsmayıl oğlu;

Ağarzayev Siracəddin Nurulla oğlu (1959);

Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970);

Mədətova Cəmilə Nəbi qızı (1980);

Qəmbərova Reyhan Rzaqulu qızı (1965);

Kərimov Fikrət Tofiq oğlu (1966);

Məmmədova Təranə Abdul qızı (1977);

Əsgərova Məhbubə Ağamurad qızıdır (1961).

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İki nəfərin vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

*** 

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

TƏBİB-dən bildirilib ki, xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.