Metroya giriş məhdudlaşdırıla bilər - Video

Metroya giriş məhdudlaşdırıla bilər - Video
3019 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzərxəbər"ə açıqlama verib. 

O bildirib ki, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir. Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.