Qazimiz Şuşada tapdığı samovarın sahibini axtarır - Video

Qazimiz Şuşada tapdığı samovarın sahibini axtarır - Video
3324 dəfə oxunub
  • A-
  • A
  • A+

Şuşada üzərində "qrup oğlanlarından hədiyyə, 1980-ci il " yazılan samovar tapılıb.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, əşyanı İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Fikrət Camalov Şuşada viran olmuş evlərdən birindən götürüb. Samovarın üzərində bir qadının adı qeyd olunub. 

Onu taparaq özü ilə Salyana gətirən qəhrəman qazimiz mənəvi dəyəri ölçüsündən qat-qat böyük olan balaca samovarın əsl sahibini axtarır. O bildirib ki, əgər xanımın özü yox, övladları və ya hər hansı bir qohumu samovarı götürmək istəsə, verməyəcək.

Qeyd edək ki, Füzuli, Xocavənd və  Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Fikrət Camalovun əmisioğlu Camalzadə Famil elə həmin döyüşlərdə şəhadətə yüksəlib. Fikrət isə qalib könüllü kimi geri qayıdaraq Salyan rayonu, Xurşud kəndində qaldığı yerdən həyatına davam edir...

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: