Qızı Rəqsanənin intihara cəhdindən danışdı - Video

Qızı Rəqsanənin intihara cəhdindən danışdı - Video
7573 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçi "Göz önündə" adlı vlogunun ilk buraxılışını "YouTube" kanalında yayımlayıb. Onun ilk qonağı isə müğənni qızı Aysun İsmayılova olub. O, uşaqlıqda travma yaşadığı pis xatirəsindən danışıb:

"Yadımdadır ki, 2-3 yaşımda heç nəyin üstündə atam səni döymüşdü. Həmin vaxtlarda Moskvada yaşayırdıq. Onu bilirəm ki, sən özünü öldürmək istəmişdin. Xalam gəldi, səni təcili yardımla apardılar. Evdə mənə o baxdı".

Rəqsanə isə qızının dediklərini təsdiqləyib və dərman içərək intihara cəhd etmək istədiyini bildirib.