"Yuxu kimi"dən getdi

"Yuxu kimi"dən getdi
29851 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor İbrahim Çingiz "Yuxu kimi" serialından ayrılıb. 

Axşam.az xəbər verir ki, bu haqda İbrahim özü açıqlama verib. O bildirib ki, çalışdığı teatrda işlərinin çoxluğundan serialla yollarını ayırmalı olub:

"Bir müddət sonra Aqşini serialda görməyəcəksiniz. Teatrda yeni tamaşa qurulur, oktyabrın 7 və 8-i premyeramız olacaq. Anarın "Mən, sən, o və telefon" əsəri əsasında olan tamaşamızı gəlib izləyə bilərsiniz. Bu, normal olmayan rejim məni yormuşdu, istirahətə ehtiyacım var idi. Serialın bütün heyətinə uğur arzlayıram. Yoluma davam edirəm, yeni təkliflərə də açığam".

Qeyd edək ki, İbrahim  Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışır. Rejisorluğunu Rövşən İsaxın etdiyi "Yuxu kimi" ATV-də yayımlanır.