"Gəlin, bir gün həmin ananın yerində sən olacaqsan"

"Gəlin, bir gün həmin ananın yerində sən olacaqsan"
3636 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gəlin, oğul bir gün həmin ananın yerində sən olacaqsan. Həyat bumeranqdır. Yaşatdığını yaşamadan bu həyatdan kimsə köçməyib. Quyu qazacaqsan, quyuya düşəcəksən. Vuracaqsan, vurulacaqsan".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. Aparıcı Bakıda yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı görüntülərə münasibət bildirib. Xoşqədəm qeyd edib ki, insanlar həmin videoya onu işarələyirlər: 

"Məni işarələyirlər, nə edim? Elə səlahiyyətim var, gedim həbs edim? Kim gəlib mənə şikayət etdi? Ar olsun, atasına, anasına yaxşı baxmayan, küçələrə salan, döyən, vuran qıza, oğula ar olsun".