İsveçdə ermənilərin səsi “Cəngi” ilə batırıldı - Video

İsveçdə ermənilərin səsi “Cəngi” ilə batırıldı - Video
4344 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına dəstək aksiyası bəstəkar Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqisi ilə qarşılanıb.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Norveçdəki səfiri Zaur Əhmədov tviter hesabında paylaşım edib.

Azərbaycan əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri “Cəngi” musiqisi ilə batırılıb. Beləliklə aksiya uğursuz başa çatıb.