Şəhriyarın paylaşımı diqqət çəkdi - Fotolar

Şəhriyarın paylaşımı diqqət çəkdi - Fotolar
18011 dəfə oxunub
  • A-
  • A
  • A+

"Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov sosial şəbəkə hesabında yayımlayıb. Rəqqasə-aktrisa Oksana Rəsulova ilə ayrılıq xəbərlərindən sonra Şəhriyarın sosial şəbəkədəki paylaşımları diqqət çəkib. 

Türkiyəyə yollanan Əbilov "İstanbul çox fərqli bir yerdir. İnsanın boşluğunu gözəl doldurur. Çox sehrli şəhərdir" deyə, bildirib. Aparıcı digər paylaşımına isə "Heç bir şey insanın təxəyyülü qədər azad deyil" sözlərini yazıb. 

Qeyd edək ki, Oksana və Şəhriyar ötən il evləndiklərini açıqlayıblar. Bir müddət əvvəl isə Oksana boşandıqlarını deyib.