Hərbçilərimizin yaralanması xəbərləri ilə bağlı MN-dən - Açıqlama

Hərbçilərimizin yaralanması xəbərləri ilə bağlı MN-dən - Açıqlama
4104 dəfə oxunub
  • A-
  • A
  • A+

Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.

Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır.

Yayılan məlumatı qəti surətdə təkzib edirik.

Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur.