"Təxribat zamanı 2 həftə ona həsrət qaldıq"

"Təxribat zamanı 2 həftə ona həsrət qaldıq"
6466 dəfə oxunub
  • A-
  • A
  • A+

"Rövşən çox istəyirdi ki, Ərtuğrulun birinci sinfə getməsində iştirak etsin. Müəyyən səbəblərə görə Bakıda yox, sərhəddə idi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi həyat yoldaşı,Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovdan danışıb. Elnarə bildirib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilən zaman həyat yoldaşı da sərhəddə olub:

"İki həftə ona həsrət qaldıq. Hər gün ürəyimiz onunla döyünürdü. Hər bir ailədə insan necə atasının, qardaşının, nişanlısının yolunu gözləyir, biz də elə idik. Yaxşı ki, uşaqlar başımı qatırdı. Artıq gəlib, evimizdədir".

Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün 4 övladı var.