Diqqəti iranlı qadınlara "Sevil" filmindəki səhnə ilə dəstək oldu - Video

Diqqəti iranlı qadınlara "Sevil" filmindəki səhnə ilə dəstək oldu - Video
1489 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur “National Geographic” jurnalının fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Diqqəti əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini və etirazlardan sonra qətlə yetirilən 20 yaşlı Hədis Nəcəfi ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, fotoqraf Azərbaycanın məşhur "Sevil" filmində yer alan Sevilin çarşabını atdığı və bu addımından sonra ona dəstək olan xanımların kadrlarını sosial media hesabında paylaşıb. O, videoaya "Sevil" operası, 1952-ci il, bu zindandan çıx" sözlərini yazıb.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı daha üç qadın - 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.